- Fransa L.1
- 21:39 16.10.2026
PSJ-nin baş məşqçisi Luis Enrike yay transfer pəncərəsində “Monako”dan Paris klubuna keçən cinah hücumçusu Maqnes Akliuş barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis futbolçunun mövsümə yaxşı başladığını və komandaya uğurla uyğunlaşdığını bildirib.
“Onun xarakterini yaxşı tanıyırsınız. Bundan əlavə, o, Fransa millisinin futbolçusudur. Şəxsi keyfiyyətlər ikinci dərəcəlidir, məni ilk növbədə onun futbol səviyyəsi maraqlandırır. Mövsümə çox yaxşı başlayıb, istənilən mövqedə oynaya bilir və komandaya uyğunlaşmasından razıyam.
Vurulan qollara və məhsuldar ötürmələrə xüsusi əhəmiyyət vermirəm. Mənim üçün əsas məsələ onun keyfiyyətli futbol nümayiş etdirməsidir”, – deyə Enrikenin sözləri PSJ-nin rəsmi saytında yer alıb.
Qeyd edək ki, Maqnes Akliuş PSJ-nin heyətində 10 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə verib.