18 oktyabr 2026. Bazar günü

“Lill” evdə xal itirdi


“Lill” evdə xal itirdi

Fransa Liqa 1-in 7-ci turunda “Lill” və “Brest” komandaları üz-üzə gəlib. 

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qonaqlar görüşə fəal başlayıblar və artıq 6-cı dəqiqədə hesabı açıblar. Mama Baldinin iştirak etdiyi hücumu Qotye Lyoris qolla tamamlayaraq “Brest”i önə keçirib.

İkinci hissədə “Lill” hesabı bərabərləşdirməyə nail olub. 64-cü dəqiqədə Olivye Jiru fərqlənərək meydan sahiblərini məğlubiyyətdən xilas edib.

Qarşılaşmanın qalan dəqiqələrində komandalar daha qol vura bilməyiblər və tərəflər hərəyə bir xalla kifayətləniblər.







Fransa L.1

“Lill” evdə xal itirdi
  • Fransa L.1
  • 00:55 18.10.2026
“Lill” evdə xal itirdi