- Fransa L.1
- 20:50 18.10.2026
Fransa Liqa 1-in VII turunda “Marsel” səfərdə “Anje”yə 5:2 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, görüşdə hesabı 14-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Lilian Raolisoa açıb. Lakin “Marsel” ilk hissənin sonlarına yaxın iki qol vuraraq önə keçib. 37-ci dəqiqədə Himad Abdelli tarazlığı bərpa edib, 43-cü dəqiqədə isə Nuhum Kamissoko qonaqları hesabda irəli çıxarıb.
İkinci hissədə Amin Qiri 60-cı dəqiqədə fərqi artırıb. “Anje” 75-ci dəqiqədə Amin Əl-Uazzaninin penaltisi ilə fərqi azaltsa da, “Marsel”in qələbəsinə mane ola bilməyib.
Qonaqlar 83-cü dəqiqədə Amin Haritin, iki dəqiqə sonra isə İqor Payşanın qolları ilə yekun hesabı müəyyənləşdiriblər.