- Fransa L.1
- 22:26 18.10.2026
Fransa Liqa 1-in VII turunda “Loryan” doğma meydanda “Monako”ya 1:0 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Loriyandakı “Dü Mustua – İv Allenma” stadionunda keçirilən görüşün taleyini bir qol həll edib.
Matçın yeganə qolunu 61-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Noa Kadyu penaltidən vurub.
Bu qələbədən sonra xallarını 11-ə çatdıran “Loryan” turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib. 14 xalı olan “Monako” isə üçüncü yerdə qərarlaşıb və cari mövsümdə Liqa 1-də ilk məğlubiyyətini alıb. Eyni xala malik PSJ və “Lill” əlavə göstəricilərə görə “Monako”nu qabaqlayır.
Növbəti turda “Loryan” oktyabrın 25-də səfərdə “Anje” ilə qarşılaşacaq. Həmin gün “Monako” isə doğma meydanda “Lill”i qəbul edəcək.