19 oktyabr 2026. Bazar ertəsi

“Lion” çətin oyunda üç xalı aktivinə yazdı


“Lion” çətin oyunda üç xalı aktivinə yazdı

Fransa Liqa 1-in VII turunda “Lion” doğma meydanda “Nitsa”nı 2:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri hesabda geri düşsələr də, əzmkar qələbə qazanıblar. Qarşılaşmanın son hissəsini isə azlıqda keçiriblər.

Görüşdə hesabı 18-ci dəqiqədə Elie Vahi açıb və “Nitsa”nı önə çıxarıb. “Lion” 32-ci dəqiqədə Pavel Şulçun qolu ilə tarazlığı bərpa edib.

İkinci hissədə meydan sahibləri hesabda önə keçməyi bacarıblar. Tanner Tessmannın qolu “Lion”a 2:1 hesablı üstünlük qazandırıb.

70-ci dəqiqədə Keyto Nakamura qırmızı vərəqə alaraq meydandan qovulub və “Lion” oyunu 10 nəfərlə davam etdirməli olub. Buna baxmayaraq, komanda üstünlüyünü qoruyaraq qələbəni təmin edib.







Fransa L.1

“Lill” evdə xal itirdi
  • Fransa L.1
  • 00:55 18.10.2026
“Lill” evdə xal itirdi