- Fransa L.1
- 23:30 19.10.2026
PSJ-nin yarımmüdafiəçisi Vitinya “Qızıl top” mükafatının təqdimetmə mərasimi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu hesab edir ki, mükafat Paris klubunun oyunçularından birinə verilməlidir.
“Düşünürəm ki, Çempionlar Liqasının qalibi olmaq hər şeydən vacibdir. “Qızıl top”u PSJ-nin futbolçusu qazanmalıdır. Bununla belə, Kilian Mbappe, Lamin Yamal, Maykl Olise kimi çox yaxşı oyunçular da var. Amma ən ədalətli seçim Paris klubunun nümayəndəsinə üstünlük vermək olardı”
Qeyd edək ki, PSJ-nin 10 futbolçusu “Qızıl top” mükafatına namizəd göstərilib. Bunlar Ferran Torres, Fabian Ruis, Usman Dembele, Vitinya, Xviça Kvaratsxeliya, Əşrəf Hakimi, Markinyos, Vilyan Paço, Nunu Mendeş və Joau Neveşdir.
Xatırladaq ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.