22 oktyabr 2026. Cümə axşamı

PSJ-nin futbolçusu mövsümün sonunadək sıradan çıxıb


PSJ-nin futbolçusu mövsümün sonunadək sıradan çıxıb

Fransanın PSJ klubunun hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın sağ dizinin ön çarpaz bağı qopub.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq. Onun cari mövsümün sonunadək meydana çıxa bilməyəcəyi bildirilir.

Qeyd edək ki, Kvaratsxeliya UEFA Çempionlar Liqasının liqa mərhələsində “Barselona”ya qarşı keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan oyunda zədələnib.

Həmin qarşılaşmada Paris təmsilçisinin digər futbolçuları Usman Dembele və Markinyos da zədələniblər. Dembelenin sol, Markinyosun isə sağ bud nahiyəsində zədə aşkarlanıb. Hər iki futbolçunun bir neçə həftə müalicə alacağı gözlənilir.







Fransa L.1

“Lill” evdə xal itirdi
  • Fransa L.1
  • 00:55 18.10.2026
“Lill” evdə xal itirdi