- Fransa L.1
- 22:47 22.10.2026
PSJ-nin baş məşqçisi Luis Enrike zədələnən Xviça Kvaratsxeliyanın əvəzlənməsi üçün qeyri-adi variant üzərində düşünür.
90deqiqe.Az-ın “L’Equipe” nəşrinə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis portuqaliyalı sol cinah müdafiəçisi Nunu Mendeşi hücum xəttinə, daha dəqiq desək, sol cinah vingeri mövqeyinə keçirməyi nəzərdən keçirir. Bu addımın gürcü futbolçunun uzun müddət komandadan kənarda qalmasını qismən kompensasiya edəcəyi gözlənilir.
Qeyd edək ki, Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona”ya qarşı keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan oyunda dizinin çarpaz bağlarından ağır zədə alıb. Vinger üçün mövsüm vaxtından əvvəl başa çatıb. Onun bərpasının təxminən doqquz ay çəkəcəyi bildirilir.