- Fransa L.1
- 01:43 24.10.2026
Fransa çempionatının VIII turunda keçirilməsi planlaşdırılan PSJ – “Lion” qarşılaşması təxirə salınıb.
90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna oktyabrın 25-də Parisdə gözlənilən kütləvi etirazlar və iğtişaşlar səbəb olub. Hüquq-mühafizə orqanları təhlükəsizlik səbəbindən görüşün keçirilməsinə icazə verməyib.
Qarşılaşmanın oktyabrın 26-da keçirilməsi qərara alınıb. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, hər iki komandanın hesabında 14 xal var. “Lion” turnir cədvəlinə başçılıq edir, PSJ isə ikinci pillədə qərarlaşıb.