9 noyabr 2026. Bazar ertəsi

“Nitsa” səfərdə “Brest”ə qalib gəldi


“Nitsa” səfərdə “Brest”ə qalib gəldi

Fransa Liqasının VIII turunda “Nitsa” səfərdə “Brest” üzərində əzmkar qələbə qazanıb. 

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaqların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Meydan sahibləri 15-ci dəqiqədə Lüdovik Ajorqun qolu ilə hesabı açıblar. “Brest” fasiləyədək üstünlüyünü qorusa da, ikinci hissədə “Nitsa” oyunun gedişini dəyişməyi bacarıb.

61-ci dəqiqədə Elie Vahi hesabı bərabərləşdirərək qonaqları mübarizəyə qaytarıb. Matçın taleyi isə 83-cü dəqiqədə həll olunub. Sofyan Diop rəqib qapısına yol taparaq “Nitsa”ya üç xal qazandırıb.

Qarşılaşmada bundan sonra hesab dəyişməyib və “Nitsa” səfərdən 2:1 hesablı qələbə ilə ayrılıb.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:02 08.11.2026
PSJ-yə bir qol bəs etdi
Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”