- Fransa L.1
- 21:39 25.10.2026
Fransa Liqa 1-in 8-ci turunda “Monako” doğma meydanda “Lill”lə heç-heçə edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
24-cü dəqiqədə Eten Mbappe “Lill”i hesabda önə keçirib. “Monako” ilk hissənin sonunadək bərabərlik qolunu vurmağa çalışsa da, buna nail ola bilməyib.
Matçın 67-ci dəqiqəsində “Lill”in müdafiəçisi Tanqi Nianzunun qırmızı vərəqə alaraq meydandan qovulması oyunun gedişinə təsir edib. Rəqibin azlıqda qalmasından yararlanmağa çalışan meydan sahibləri hücumlarını gücləndiriblər.
“Monako” 74-cü dəqiqədə istəyinə çatıb. Edan Diop fərqlənərək hesabı bərabərləşdirib və matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, “Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin qarşılaşmanı əvəzlənmədən keçirib, lakin məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.