- Fransa L.1
- 22:59 25.10.2026
Fransa Liqa 1-in 8-ci turunda “Marsel” doğma meydanda “Havr”ı 4:3 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri qarşılaşmaya sürətli başlayıblar və artıq 5-ci dəqiqədə hesabı açıblar. “Marsel” hücumlarını davam etdirərək ikinci hissənin 55-ci dəqiqəsinədək fərqi dörd topa çatdırıb — 4:0.
Qələbəsi təmin olunmuş kimi görünən meydan sahibləri matçın sonlarında ciddi çətinliklə üzləşiblər. “Havr” təslim olmayaraq 77-ci, 86-cı və 89-cu dəqiqələrdə üç qol vurub və qarşılaşmaya yenidən intriqa qatıb.
Bununla belə, “Marsel” son dəqiqələrdə hesabı qorumağı bacarıb və gərgin mübarizədən 4:3 hesablı qələbə ilə ayrılıb.
Bu nəticədən sonra 12 xalı olan “Marsel” Liqa 1-in turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Cəmi 2 xal toplayan “Havr” isə sonuncu yerdədir.