27 oktyabr 2026. Çərşənbə axşamı

“Qızıl top”: İlin ən yaxşı klubları bəlli oldu


“Qızıl top”: İlin ən yaxşı klubları bəlli oldu

“Qızıl top” mükafatının təqdimetmə mərasimi davam edir.

90deqiqe.Az-ın məlumatına görə, artıq ilin ən yaxşı klublarına verilən mükafatların sahibləri də müəyyənləşib.

Qadın futbolunda ilin ən yaxşı klubu adına “Barselona” layiq görülüb. Kişilər arasında isə bu mükafatı PSJ qazanıb.

Qeyd edək ki, rusiyalı qapıçı Matvey Safonovun da çıxış etdiyi Fransa klubu UEFA Çempionlar Liqasının qalibi olub. Paris təmsilçisi bu turnirdə ardıcıl ikinci dəfə çempionluq sevinci yaşayıb.

Xatırladaq ki, daha əvvəl İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ilin ən yaxşı məşqçisi seçilib. O, rəhbərlik etdiyi yığma ilə dünya çempionatının qalibi olub.







Fransa L.1

PSJ “Lion”u məğlub etdi
  • Fransa L.1
  • 02:41 27.10.2026
PSJ “Lion”u məğlub etdi