27 oktyabr 2026. Çərşənbə axşamı

PSJ “Lion”u məğlub etdi


PSJ “Lion”u məğlub etdi

Fransa Liqa 1-in 2026/2027 mövsümünün 8-ci turunun mərkəzi qarşılaşmasında PSJ doğma meydanda “Lion”u 2:0 hesabı ilə məğlub edib. 

90deqiqe.Az-ın məlumatına görə, Parisdəki “Park de Prens” stadionunda keçirilən görüşü Jerom Brizarın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Görüşdə hesab 72-ci dəqiqədə açılıb. PSJ-nin fransalı yarımmüdafiəçisi Senni Mayulu Mika Qodtsun məhsuldar ötürməsindən sonra dəqiq zərbə ilə fərqlənib – 1:0.

Cəmi 12 dəqiqə sonra Mika Qodts özü də adını tabloya yazdırıb. O, Kventin Njan­tunun ötürməsini qolla tamamlayaraq matçın yekun nəticəsini müəyyənləşdirib – 2:0.







Fransa L.1

PSJ “Lion”u məğlub etdi
  • Fransa L.1
  • 02:41 27.10.2026
PSJ “Lion”u məğlub etdi