29 oktyabr 2026. Cümə axşamı

PSJ-nin sahibi Xviça Kvaratsxeliyaya dəstək olub


PSJ-nin sahibi Xviça Kvaratsxeliyaya dəstək olub

PSJ-nin sahibi Nasser Əl-Xəlaifi diz çarpaz bağından əməliyyat olunan komandanın gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya dəstək göstərib.

90deqiqe.Az-ın məlumatına görə, futbol jurnalisti Fabritsio Romano Gürcüstan millisinin üzvü ilə Əl-Xəlaifinin xəstəxana palatasında çəkdirdiyi birgə fotosunu paylaşıb.

Qeyd edək ki, Kvaratsxeliya oktyabrın 20-də Çempionlar Liqasının oyununda ağır zədə alıb — futbolçunun dizinin çarpaz bağı qopub. Qarşılaşma Paris klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Futbolçu tibbi heyətin köməyi ilə matçın 59-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.

Oktyabrın 26-da Kvaratsxeliya “Qızıl top” mükafatı uğrunda səsvermənin nəticələrinə əsasən altıncı yeri tutub. Mükafatın sahibi Harri Keyn olub.







Fransa L.1

PSJ “Lion”u məğlub etdi
  • Fransa L.1
  • 02:41 27.10.2026
PSJ “Lion”u məğlub etdi