- Fransa L.1
- 00:05 31.10.2026
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi karyerasında ilk dəfə bir oyunda üç qol vurub.
90deqiqe.Az-ın məlumatına görə, mərakeşli futbolçu Fransa Liqa 1-in IX turunda “Havr”la səfər matçında şəxsi rekorduna imza atıb.
Hakimi görüşün 28-ci dəqiqəsində Sennı Mayulunun ötürməsindən sonra hesabı açıb. O, 55-ci dəqiqədə cərimə zərbəsindən birbaşa qapıya zərbə endirərək dubl edib.
Mərakeşli futbolçu 69-cu dəqiqədə het-trikini tamamlayıb. Onun cinahdan edilən ötürməyə zərbəsindən sonra top əvvəlcə qapıçıya, daha sonra yenidən Hakimiyə dəyərək qapıdan keçib.
PSJ-nin heyətində Mayulu və Mika Qodts da fərqləniblər. “Havr”ın yeganə qolunu isə Matvey Safonovun qoruduğu qapıya Coşua Maja vurub. O, ikinci hissədə topu dirəyə də göndərib.