31 oktyabr 2026. Şənbə

PSJ “Havr”ı darmadağın etdi


PSJ “Havr”ı darmadağın etdi

Fransa Liqa 1-in IX turunda “Havr” və PSJ komandaları üz-üzə gəlib.  

90deqiqe.Az-ın məlumatına görə, “Osean” stadionunda keçirilən qarşılaşma Paris təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 18-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Coşua Maja açıb. 26-cı dəqiqədə Mika Qodts tarazlığı bərpa edib. İki dəqiqə sonra Əşrəf Hakimi PSJ-ni önə keçirib.

55-ci dəqiqədə Hakimi fərqi artıraraq dubl edib. 62-ci dəqiqədə Sennı Mayulu hesabı 4:1-ə çatdırıb. 69-cu dəqiqədə isə mərakeşli müdafiəçi het-trikini tamamlayaraq yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, “Havr”ın qapısını rusiyalı qolkiper Matvey Safonov qoruyub. O, meydana start heyətində çıxıb və qarşılaşmanı əvəzlənmədən başa vurub.

Bu qələbədən sonra PSJ 9 oyunda 20 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Cəmi 2 xalı olan “Havr” isə sonuncu – 18-ci pillədə qərarlaşıb.

Növbəti turda “Havr” noyabrın 8-də səfərdə “Loryan”la qarşılaşacaq. PSJ isə bir gün əvvəl doğma meydanda “Trua”nı qəbul edəcək.







Fransa L.1

PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi
PSJ “Lion”u məğlub etdi
  • Fransa L.1
  • 02:41 27.10.2026
PSJ “Lion”u məğlub etdi