31 oktyabr 2026. Şənbə

“Nitsa” “Renn”i beş qolla məğlub etdi


“Nitsa” “Renn”i beş qolla məğlub etdi

Fransa Liqa 1-in IX turunda “Nitsa” doğma meydanda “Renn”i 5:2 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, məhsuldar keçən qarşılaşmada hesabı 12-ci dəqiqədə penaltidən Elie Vai açıb. Lakin cəmi üç dəqiqə sonra Sebastyan Şimanski tarazlığı bərpa edib. 34-cü dəqiqədə Vai yenidən penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.

İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə Conatan Kloss fərqi artırıb. Fasilədən sonra, 52-ci dəqiqədə Məhəmməd Amura “Nitsa”nın dördüncü qolunu vurub.

58-ci dəqiqədə Bulaye Dia penaltidən fərqlənərək “Renn”in ümidlərini artırsa da, 73-cü dəqiqədə Elie Vai het-trikini tamamlayaraq oyunun yekun hesabını müəyyənləşdirib.







Fransa L.1

PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi
PSJ “Lion”u məğlub etdi
  • Fransa L.1
  • 02:41 27.10.2026
PSJ “Lion”u məğlub etdi