- Fransa L.1
- 23:45 31.10.2026
Fransa Liqa 1-in 9-cu turunda “Lill” doğma meydanda “Lans”ı minimal hesabla məğlub edib – 1:0.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın böyük hissəsində komandalar rəqib qapısına yol tapa bilməyiblər. Hər iki kollektiv müdafiədə səhvlərə yol verməməyə çalışaraq ehtiyatlı oyun nümayiş etdirib. “Lans” meydan sahiblərinin hücumlarını dəf etsə də, görüşün sonunadək heç-heçə hesabını qoruya bilməyib.
Matçın qəhrəmanı Olivye Jiru olub. Təcrübəli hücumçu 86-cı dəqiqədə rəqib qapısına yol taparaq “Lill”ə qələbə qazandırıb. Buraxılan qoldan sonra qonaqların hesabı bərabərləşdirmək üçün çox az vaxtı qalıb. “Lans” isə bu fürsətdən yararlana bilməyib.