- Fransa L.1
- 00:11 03.11.2026
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike komandanın mərkəz müdafiəçisi İlya Zabarnının oyun keyfiyyətlərini dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında ukraynalı futbolçunun inkişaf etdiyini və komanda üçün əhəmiyyətli olduğunu bildirib:
“Digər futbolçular kimi, o da inkişaf edir. Zabarnı gəncdir, amma artıq təcrübəyə malikdir. O, qayda pozuntusuna yol vermədən top uğrunda mübarizəyə qoşula və boş mövqedə olan oyunçuları tapa bilir. Klubdakı ilk il hər zaman asan keçmir. Zabarnı bizim üçün vacibdir, lakin gələcəkdə daha da vacib ola bilər”.
Qeyd edək ki, ukraynalı futbolçu 2025-ci ilin yayında “Bornmut”dan PSJ-yə keçib. 24 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə keçirdiyi yeddi oyunda bir qol vurub.