3 noyabr 2026. Çərşənbə axşamı

“Enrike xüsusi məşqçidir”


“Enrike xüsusi məşqçidir”

PSJ-nin mərkəz müdafiəçisi Vilyan Paço komandanın baş məşqçisi Luis Enrike haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “RMC Sport”a istinadən məlumatına görə,  ekvadorlu futbolçu ispaniyalı mütəxəssisin fərqli yanaşmasını və oyunçularla ünsiyyət bacarığını yüksək qiymətləndirib.

“O, xüsusi məşqçidir. Adi məşqçinin cəsarət etməyəcəyi işləri görür. Ondan çox razıyam və ümid edirəm ki, onunla mümkün qədər uzun müddət işləyəcəyəm. Enrike futbolçuları yaxşı anlayır, lazımi sözləri seçməyi bacarır. Mənə çox az söz dedi, amma dediklərinin hamısı yerində idi”.

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından Paris klubunda çalışır. Onun rəhbərliyi altında PSJ üç dəfə Fransa Liqa 1-in və Fransa Superkubokunun qalibi olub. Həmçinin komanda iki dəfə Çempionlar Liqasını, Fransa Kubokunu və UEFA Superkubokunu qazanıb.







Fransa L.1

“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi