8 noyabr 2026. Bazar günü

PSJ-yə bir qol bəs etdi


PSJ-yə bir qol bəs etdi

Fransa Liqa 1-in 10-cu turunda PSJ doğma meydanda “Trua”nı 1:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçisinin ev sahibliyi etdiyi “Park de Prens” stadionunda keçirilən görüşün baş hakimi Rüddi Büke olub.

Matçda yeganə qolu 39-cu dəqiqədə PSJ-nin müdafiəçisi İlya Zabarnı vurub. 

Bu qələbədən sonra PSJ 10 oyundan topladığı 23 xalla turnir cədvəlinin lideridir. “Trua” isə 8 xalla 16-cı pillədə qərarlaşıb.

Növbəti turda PSJ noyabrın 21-də səfərdə “Nitsa” ilə qarşılaşacaq. “Trua” isə bir gün əvvəl doğma meydanda “Havr”ı qəbul edəcək.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:02 08.11.2026
PSJ-yə bir qol bəs etdi
Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi