- Fransa L.1
- 21:19 08.11.2026
Fransa çempionatının 10-cu turunda “Lill” səfərdə “Renn”ə 2:1 hesabı ilə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qonaq komandanın heyətində Soriba Dyau və Natan Nqoy fərqləniblər. “Renn”in yeganə qolunu isə Bulaye Dia vurub.
Bu qələbədən sonra “Lill” xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Komanda lider “PSJ”dən cəmi iki xal geri qalır.
Ardıcıl ikinci məğlubiyyətini alan “Renn” isə beşinci pilləyə geriləyib.
Qeyd edək ki, Fransa çempionatında milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq.