9 noyabr 2026. Bazar ertəsi

“Marsel” səfərdə “Lans”ı məğlub etdi


“Marsel” səfərdə “Lans”ı məğlub etdi

Fransa Liqa 1-in 10-cu turunda “Marsel” səfərdə “Lans”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Bollar-Delelis” stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı ikinci dəqiqədə “Marsel”in hücumçusu Amin Qiri açıb. 20-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Florian Toven tarazlığı bərpa edib. Görüşün 82-ci dəqiqəsində isə qonaqların futbolçusu Keylian Abdallah komandasına qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra 18 xalı olan “Marsel” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 13 xalı olan “Lans” isə 11-cidir.

Növbəti turda “Lans” noyabrın 21-də doğma meydanda “Tuluza”nı qəbul edəcək. “Marsel” isə bir gün sonra öz meydanında “Le-Man”la qarşılaşacaq.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:02 08.11.2026
PSJ-yə bir qol bəs etdi
Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”