- Fransa L.1
- 15:44 10.11.2026
PSJ-nin baş məşqçisi Luis Enrike yay transfer pəncərəsində “Barselona”dan heyətə qatılan Ferran Torresin çıxışından narazıdır.
90deqiqe.Az-ın "Sport.fr" nəşrinə istinadən məlumatına görə, ispaniyalı hücumçu artıq Paris klubundan ayrılması ehtimal olunan futbolçular sırasına düşüb.
Mənbənin bildirdiyinə görə, Enrikenin Torresə səbri tükənib. Məşqçi ondan daha məhsuldar oyun və komandanın hücumlarına daha fəal töhfə gözləyib.
Futbolçunun “Barselona”ya qayıtması variantı da müzakirə olunub. Lakin Kataloniya klubunun onun transferi ilə bağlı hər hansı addım atmaması bu ehtimalı zəiflədir.
Bununla yanaşı, PSJ Torresi İtaliyanın “Komo” klubundan yarımmüdafiəçi Niko Pası transfer etmək üçün nəzərdə tutulan sövdələşməyə daxil edə bilər. Paris təmsilçisinin 60 milyon avro və ispaniyalı hücumçunun daxil olduğu təklif hazırlamağı nəzərdən keçirdiyi bildirilir. Ancaq tərəflər arasında hələlik konkret danışıqların başladığına dair məlumat yoxdur.