- Fransa L.1
- 00:15 11.11.2026
Yannik Kayuzak “Lans”ın baş məşqçisi vəzifəsindən ayrılıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransalı mütəxəssis cəmi iki ay əvvəl, Dino Toppmöllerin qalmaqallı şəkildə vəzifəsindən uzaqlaşdırılmasından sonra komandaya rəhbərlik etməyə başlamışdı.
Fransa təmsilçisi 2025/26 mövsümünü uğurlu keçirmişdi. Komanda çempionluq uğrunda demək olar ki, son tura qədər PSJ ilə mübarizə aparmış, may ayında isə Fransa Kubokunun qalibi olmuşdu.
Lakin “Komо”ya qarşı doğma meydanda keçirilən və 1:9 hesabı ilə başa çatan ağır məğlubiyyət klub rəhbərliyinin səbrini daşırıb. Nəticədə “Lans” rəhbərliyi Kayuzakla yollarını ayırmaq qərarına gəlib.