- Fransa L.1
- 17:03 15.11.2026
Fransanın PSJ klubunda çıxış edən Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya sosial platformaların birində canlı yayım açaraq növbəti altı ay ərzində strimerliklə məşğul olacağını bildirib.
90deqiqe.Az xəbər verir ki, gürcüstanlı futbolçu bu barədə canlı yayım zamanı danışıb.
Qeyd edək ki, Kvaratsxeliya çarpaz bağlarından aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
O, 2026-cı ildə “Qızıl top” mükafatı uğrunda səsvermədə altıncı yeri tutub.
Xviça Kvaratsxeliya 2025-ci ilin yanvarından PSJ-də çıxış edir. Onun Paris klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. Futbolçunun bazar dəyəri 140 milyon avro qiymətləndirilir.
Gürcüstanlı hücumçu cari mövsümdə Fransa Liqa 1-də yeddi matçda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.