- Fransa L.1
- 22:31 18.11.2026
PSJ klubu komandanın 32 yaşlı kapitanı Markinyosla müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Paris təmsilçisinin rəhbərliyi braziliyalı müdafiəçiyə 2029-cu ilədək qüvvədə olacaq yeni müqavilə təklif edib. Hazırkı sözləşmənin müddəti isə 2028-ci ildə başa çatır.
Qeyd edək ki, Markinyos Qətər investorlarının klubu satın almasından sonra PSJ-nin ilk transferlərindən biri olub. O, 2013-cü ildə “Roma”dan Paris klubuna keçib. Müdafiəçi son iki mövsümdə ardıcıl olaraq UEFA Çempionlar Liqasının qalibi olub.
Son illərdə futbolçunun PSJ-dəki gələcəyi ilə bağlı suallar yaranıb. Komanda ilk dəfə Çempionlar Liqasını qazandıqdan sonra Markinyosun Qətər klublarına keçəcəyi barədə xəbərlər yayılsa da, braziliyalı Parisdə qalıb və İlya Zabarni ilə rəqabətə baxmayaraq, komandada mühüm rolunu qoruyub saxlayıb.