- Fransa L.1
- 02:13 21.11.2026
Fransa çempionatının XI turunda “Trua” doğma meydanda “Havr”ı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün əsas qəhrəmanı dubl müəllifi olan yarımmüdafiəçi Antuan Mil olub.
Qonaqlar matça fəal başlayaraq artıq 3-cü dəqiqədə Coş Mayyanın qolu ilə hesabı açıblar. Lakin “Havr”ın üstünlüyü uzun çəkməyib. 19-cu dəqiqədə Kande Diavaranın ötürməsindən sonra Antuan Mil fərqlənərək hesabı bərabərləşdirib.
İkinci hissədə hücumlarını davam etdirən “Trua” 69-cu dəqiqədə yenidən Milin qolu ilə önə keçib. Beləliklə, yarımmüdafiəçi dublunu rəsmiləşdirib.
Oyuna əlavə olunmuş 8-ci dəqiqədə Reno Ripar penaltini dəqiq yerinə yetirərək matçda son nöqtəni qoyub.
Nəticədə “Trua” rəqibini 3:1 hesabı ilə məğlub edərək üç xal qazanıb.