21 noyabr 2026. Şənbə

Sarabiya Luis Enrikenin iki əsas üstünlüyünü açıqlayıb


Sarabiya Luis Enrikenin iki əsas üstünlüyünü açıqlayıb

PSJ-nin sabiq futbolçusu Pablo Sarabiya Paris klubunun baş məşqçisi Luis Enrikenin iş metodlarını və məşqçilik keyfiyyətlərini yüksək qiymətləndirib.

90deqiqe.Az-ın  “Marca”ya istinadən məlumatına görə, ispaniyalı futbolçu mütəxəssisin komandada nizam-intizama və kollektiv oyuna xüsusi önəm verdiyini bildirib.

“Onun üçün kim olduğunun fərqi yoxdur. Əgər komanda naminə fədakarlıq etməyə hazırsansa, hər şeyə sahib olacaqsan. Yox, əgər yalnız özün üçün oynadığını düşünürsə, heç nəyin olmayacaq. Bunlar onun iki əsas üstünlüyüdür”

İspaniyalı futbolçu, həmçinin Luis Enrikenin geniş taktiki imkanlara malik olduğunu və meydanda baş verənləri sürətlə təhlil etdiyini vurğulayıb.

Qeyd edək ki, Luis Enrike 2023-cü ildə PSJ-nin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında Paris klubu iki dəfə Fransa çempionu olub və UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.







Fransa L.1