22 noyabr 2026. Bazar günü

“Lion” səfərdə “Lill”i məğlub edib


“Lion” səfərdə “Lill”i məğlub edib

Fransa Liqasının XI turunda “Lill” və “Lion” komandaları üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, Villeneuve-d'Ask şəhərindəki “Dekatlon Arena – Pyer-Morua” stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini həll edən yeganə qolu 40-cı dəqiqədə “Lion”un yarımmüdafiəçisi Mads Bidstrup vurub.

Bu nəticədən sonra 11 oyunda 21 xal toplayan “Lill” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Lion” isə 20 xalla dördüncü sırada yer alıb.

Qeyd edək ki, növbəti turda “Lill” noyabrın 28-də səfərdə “Le-Man”la, “Lion” isə noyabrın 29-da doğma meydanda “Monako” ilə qarşılaşacaq.







Fransa L.1