22 noyabr 2026. Bazar günü

“Monako” doğma meydanda “Oser”lə heç-heçə edib


“Monako” doğma meydanda “Oser”lə heç-heçə edib

Fransa çempionatında “Monako” və “Oser” komandaları üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 29-cu dəqiqədə qonaqların futbolçusu Romen Fevr açıb. Bununla da “Oser” fasiləyə üstün yollanıb.

İkinci hissədə hesabı bərabərləşdirmək üçün hücumlarını artıran “Monako” istəyinə yalnız oyunun sonlarına yaxın çatıb. 82-ci dəqiqədə Edan Diop fərqlənərək yekun nəticəni müəyyənləşdirib – 1:1.

Beləliklə, tərəflər qarşılaşmadan hərəyə bir xalla ayrılıblar.







Fransa L.1