- Fransa L.1
- 22:45 22.11.2026
PSJ və Fransa millisinin cinah hücumçusu Dezire Due ağır zədə aldıqdan bir neçə saat sonra evinin qarət olunması təhlükəsi ilə üzləşib.
90deqiqe.Az-ın “Le Parisien” nəşrinə istinadən məlumatına görə, “Nitsa” ilə matçda zədələnərək oyunu vaxtından əvvəl tərk edən Due evinə qayıdarkən qapısının önündə hüquq-mühafizə orqanlarının əməkdaşlarını görüb. Ona bildirilib ki, şübhəli şəxslər futbolçunun evinə daxil olmağa cəhd göstəriblər, lakin içəridə kiminsə olduğunu anlayaraq hadisə yerindən qaçıblar.
Yaxın günlərdə futbolçu əməliyyat olunacaq.
Qeyd edək ki, futbolçunun çarpaz bağları qopub.Due cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.