- Fransa L.1
- 22:35 28.11.2026
Fransa Liqa 1-in 12-ci turunda “Lans” səfərdə “Anje” üzərində əzmkar qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, yeddi qolun vurulduğu qarşılaşma qonaqların 5:2 hesablı üstünlüyü ilə başa çatıb.
Oyunun 20-ci dəqiqəsində Amin Əl-Uazzani meydan sahiblərini hesabda önə keçirib. “Lans” fasiləyə qədər tarazlığı bərpa etməyə nail olub. Görüşün 43-cü dəqiqəsində Abdalla Sima fərqlənərək hesabı 1:1 edib.
İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə Əl-Uazzani yenidən rəqib qapısına yol taparaq dublunu rəsmiləşdirib və “Anje”ni hesabda önə keçirib – 2:1.
Lakin bundan sonra təşəbbüs tamamilə qonaqların tərəfinə keçib. 64-cü dəqiqədə Sima hesabı bərabərləşdirib, altı dəqiqə sonra isə komandasını hesabda önə keçirib.
Oyunun qəhrəmanına çevrilən Sima 76-cı dəqiqədə het-trikini rəsmiləşdirib. Hücumçu 81-ci dəqiqədə daha bir qol vuraraq poker edib və qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 5:2.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Anje”nin Fransa çempionatında qələbəsiz oyunlarının sayı yeddiyə çatıb.