29 noyabr 2026. Bazar günü

PSJ iki cavabsız qolla liderliyini möhkəmləndirdi


PSJ iki cavabsız qolla liderliyini möhkəmləndirdi
Reuters

Fransa Liqa 1-in 12-ci turunda PSJ doğma meydanda “Loryan”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Parisdəki “Park de Prens” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü baş hakim Bastien Deşepi idarə edib.

Matçda hesabı 32-ci dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Sennı Mayulu açıb. 67-ci dəqiqədə Usman Dembele fərqlənərək yekun hesabı müəyyənləşdirib – 2:0.

Qonaqlar 85-ci dəqiqədə hesab arasındakı fərqi azaltmaq imkanı əldə etsələr də, İbraima Balde penaltini dəqiq yerinə yetirə bilməyib və topu qapıdan kənara göndərib.

Qeyd edək ki, PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov qarşılaşmaya start heyətində başlayıb, matçın sonunadək meydanda olub və qapısını toxunulmaz saxlayıb.

Bu qələbədən sonra 12 oyunda 29 xal toplayan PSJ Fransa çempionatının turnir cədvəlinə başçılıq edir. “Loryan” isə 16 xalla 11-ci pillədə qərarlaşıb.

PSJ növbəti matçını dekabrın 4-də səfərdə “Tuluza”ya qarşı keçirəcək. “Loryan” isə bir gün sonra səfərdə “Strasburq”la üz-üzə gələcək.







Fransa L.1