- Fransa L.1
- 22:27 29.11.2026
Fransa Liqasının XII turunda “Marsel” səfərdə “Oser”lə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesab artıq 5-ci dəqiqədə açılıb. Amirinin dəqiq zərbəsi “Marsel”i hesabda önə keçirib. İlk hissənin başa çatmasına az qalmış isə qonaqlar fərqi artırıblar. “Oser”in futbolçusu Tuanzebe qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub, bundan sonra Payşao penaltini dəqiq yerinə yetirib.
İkinci hissədə say üstünlüyündən yararlanan “Marsel” oyuna nəzarəti əlində saxlayıb. Lakin qonaqlar daha bir qol vurmağı bacarmayıblar. Beləliklə, qarşılaşma 2:0 hesabı ilə başa çatıb.
Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran “Marsel” Fransa Liqasının turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Brest” və “Lill” komandaları top fərqinə görə ondan geri qalırlar. Turnir cədvəlinə 29 xalla PSJ başçılıq edir. “Paris” isə 23 xalla ikinci sıradadır.
Qeyd edək ki, bazar günü axşam keçiriləcək “Monako” – “Lion” qarşılaşmasında qonaqlar qələbə qazanacaqları təqdirdə “Marsel”i turnir cədvəlində geridə qoya bilərlər.