30 noyabr 2026. Bazar ertəsi

“Tuluza” “Renn” üzərində əzmkar qələbə qazandı


“Tuluza” “Renn” üzərində əzmkar qələbə qazandı
Rəsmi

Fransa çempionatının XII turunda “Tuluza” doğma meydanda “Renn”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahibləri matça sürətli başlayıblar. Artıq 2-ci dəqiqədə Rasmus Nikolaysen fərqlənərək komandasını hesabda önə keçirib. Görüşün 21-ci dəqiqəsində isə Kasper Tenqstedt “Tuluza”nın üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə hesab arasındakı fərqi azaltmağa çalışan “Renn” 62-ci dəqiqədə daha bir qol buraxıb. Tomas Yorgensen fərqlənərək hesabı 3:0 edib.

Qarşılaşmanın əlavə olunmuş dəqiqələrində Esteban Lepol iki dəfə rəqib qapısına yol taparaq dubl edib. Lakin bu qollar “Renn”i məğlubiyyətdən xilas etməyib.

Beləliklə, “Tuluza” doğma meydanda vacib üç xal qazanıb.







Fransa L.1