23 oktyabr 2024. Çərşənbə

Neymar qayıtdı, Mbappe sıradan çıxdı


Neymar qayıtdı, Mbappe sıradan çıxdı

PSJ Liqa1-in 14-cü turunda “Lill”lə qarşılaşacaq.

Corner.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Kilian Mbappe sözügedən qarşılaşmanı buraxa bilər.

Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Məlumatda yüksək hərarəti olan hücumçunun “Lill” ilə oyunda iştirakının sual altında olduğu bildirilir. PSJ-də bir müddətdi zədəli olan Neymar isə artıq sağalıb və baş məşqçi Tomas Tuxelin şans verəcəyi təqdirdə, görüşdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, sabah keçiriləcək PSJ – “Lill” görüşü saat 23:45-də start götürəcək.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib