22 iyun 2026. Bazar ertəsi

PSJ kapitanla bağlı qərarını dəyişdi


PSJ kapitanla bağlı qərarını dəyişdi

PSJ kapitanı Tiaqo Silva ilə bağlı qərarını dəyişib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, bir müddət əvvəl mövsümün sonunda braziliyalı futbolçu ilə yolları ayırmağı planlaşdıran Paris təmsilçisi indi onu saxlamaq qərarına gəlib.

Bu barədə futbolçunun meneceri Paulo Tonetto bildirib. Onun sözlərinə görə, yeni ilin ilk ayında yeni müqavilə ilə bağlı danışıqlara başlayacaq: "Tiaqoya görə narahat deyilik. O, böyük klubda oynayır və burda xoşbəxtdi. Yanvarda PSJ ilə yeni müqavilə məsələsini müzakirə edəcəyik".

Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir.







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”