8 noyabr 2026. Bazar günü

Arsenal'da baş məşqçi postuna ilk namizəd


Arsenal'da baş məşqçi postuna ilk namizəd

"Arsenal" baş məşqçi axtarışlarını davam etdirir.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, London klubu Unay Emerinin gedişi ilə boş qalan posta ilk namizədi müəyyənləşdirib.

"Topçular", hazırda "Mançester Siti"də baş məşqçi Pep Qvardiolanın köməkçisi olan Mikel Arteta ilə danışıqlara artıq start verilib. 37 yaşlı mütəxəssis təklifi müsbət cavablandıracağı təqdirdə Arsenalın yeni baş məşqçisi olacaq.

Qeyd edək ki, Mikel Arteta 2011-2016-c illərdə "Arsenal"ın formasını geyinib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”