21 aprel 2026. Çərşənbə axşamı

Salah Suaresi geridə qoydu


Salah Suaresi geridə qoydu

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 17-ci turunda "Uotford"la görüşdə komandasının ilk qolunu vurub.

Corner.az xəbər verir ki, 27 yaşlı hücumçu bununla da İngiltərə klubunda ümumilikdə qollarının sayını 83-ə çatdırıb. Bu nəticə ilə o, "Liverpul"un  sabiq futbolçusu Luis Suaresi geridə qoyaraq klubun ən yaxşı bombardirləri siyahısında 10-cü pillədə yer alıb.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da oynayan misirli hücumçu bu nəticəyə 126 matça müvəffəq olub.

Xatırladaq ki, klub tarixinin ən yaxşı bombardiri İan Raşdır (294 qol).







İngiltərə P.L.

"Bütün mövqelərdə problemlərimiz var"
  • İngiltərə P.L.
  • 23:30 19.04.2026
"Bütün mövqelərdə problemlərimiz var"
“Arsenal” gözləntiləri doğrultmadı"
  • İngiltərə P.L.
  • 22:27 19.04.2026
“Arsenal” gözləntiləri doğrultmadı"