31 yanvar 2026. Şənbə

Özil zədəli olmasa belə ... - Lyunberq


Özil zədəli olmasa belə ... - Lyunberq
"Arsenal"ın müvəqqəti çalışdırıcısı Fredrik Lyunberq Premyer Liqanın 18-ci turunda "Everton"la (0:0) matçda  Məsut Özilin heyətə daxil edilməməsinin səbəbini açıqlayıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis türk əsilli yarımmüdafiəçinin "Mançester Siti" ilə oyundakı davranışına görə onu cəzalandırdığını deyib:

"Mançester Siti" ilə matçda əvəzlənərkən göstərdiyi reaksiya azarkeşlərin xoşuna gəlmədi. Bu vəziyyət haqda mənə sual veriləndə "Arsenal"da belə davrana bilmərik" cavabını vermişdim. Məsut zədəli idi. Amma zədəli olmasa belə, heyətə daxil etməzdim. Göstərmək istəyirəm ki, o, "Arsenal" futbolçusundan gözləmədiyim bir hərəkət edib.  Bu, mənim qərarımdır. Bundan sonra qərarları mən verməyəcəyəm, amma ən azından mənim düşüncəm belədir".

Qeyd edək ki, dekabrın 20-da “Arsenal”da baş məşqçi vəzifəsinə Mikel Arteta təyin olunub.(qol)





İngiltərə P.L.

"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"
“Tottenhem” Pedro Porronu itirdi
  • İngiltərə P.L.
  • 11:58 28.01.2026
“Tottenhem” Pedro Porronu itirdi