21 mart 2026. Şənbə

Mançester Yunayted uduzdu, Çelsi Tottenhem'ə qalib gəldi


Mançester Yunayted uduzdu, Çelsi Tottenhem'ə qalib gəldi

İngiltərə Premyer Liqasında 18-ci turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib.

Turun mərkəzi görüşü Londonda baş tutub. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” öz doğma meydanında “Çelsi”ni qəbul edib. Paytaxt derbisində qonaqlar inamlı qələbə qazanıb. 

“Mançester Yunayted” isə səfərdə “Uotford”un qonağı olub və uduzub.

“Vest Hem” – “Liverpul” matçı qonaqların Klublararası dünya çempionatında final oyununa görə təxirə salınıb.

İngiltərə Premyer Liqası
18-ci tur

21 dekabr

Everton – Arsenal 0:0

Aston Villa – Sauthempton 1:3
Qol: Qriliş, 75 – İnqs, 21; 51. Stefens, 31.

Bornmut – Bernli 0:1
Qol: Rodriqes, 89.

Brayton – Şeffild Yunayted 0:1
Qol: Makbörni, 23.

Nyukasl – Kristal Pelas 1:0
Qol: Almiron, 83.

Norviç – Vulverhempton 1:2
Qol: Kentuell, 17 – Saiss, 60. R.Ximenes, 81.

Mançester Siti – Lester 3:1
Qol: Mahrez, 30. İ.Gündoğan, 43-pen. Q.Xesus, 69 – Vardi, 22.

22 dekabr

Uotford – Mançester Yunayted 2:0
Qol: Sarr, 50. Dini, 54-pen.

Tottenhem – Çelsi 0:2
Qol: Villian, 12; 45+4-pen.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər