7 may 2026. Cümə axşamı

Rəqibin qarnına təpiklə vurdu, 3 oyunluq cəzalandırıldı - VİDEO


Rəqibin qarnına təpiklə vurdu, 3 oyunluq cəzalandırıldı - VİDEO

İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Son Hın Mini 3 oyunluq cəzalandırıb.

Corner.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən  xəbər verir ki, buna səbəb koreyalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasınının 17-ci turunda "Çelsi" ilə matçda etdiyi hərəkət  olub. 27 yaşlı futbolçu oyun zamanı rəqib futbolçu Antonio Rudiger ilə toqquşmadan sonra yerə yıxılıb və ardınca o,  rəqibin qarnına təpik vurub. Bu hərəkətinə görə Son qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, "Tottenhem"in futbolçusunun ölkə çempionatında "Brayton", "Norviç" və "Sauthempton"la matçları buraxacağı bildirilib.

Qeyd edək ki, "Tottenhem" - "Çelsi" görüşündə  "zadəganlar" 2:0 hesablı qələbəsi ilə başa çatıb.







İngiltərə P.L.