21 aprel 2026. Çərşənbə axşamı

Liverpul futbolçusunu itirdi


Liverpul futbolçusunu itirdi

"Liverpul”un Klublararası Dünya Çempionatında “Flamenqo”nu 1:0 hesabıyla məğlub etdiyi final matçında sıradan çıxan futbolçusu Aleks-Oksleyd Çemberleynin vəziyyətinə aydınlıq gəlib.

Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu 2019-cu ilin qalan iki oyununda komandasına kömək edə bilməyəcək. Baş məşqçi Yurgen Klopp futbolçunun ayaq biləyindən zədələndiyini, onun “Lester” və “Vulverhempton”la oyunda iştirak etməyəcəyini deyib: “Çemberleynin ayaq biləyinin üç kənar bağlarından biri zədə alıb Sağalma prosesinin necə irəlilədiyini görməliyik, onun nə vaxt qayıdacağı ilə bağlı heç bir xəbərimiz yoxdur”.

Qeyd edək ki, cari mövsümdə “Liverpul”un heyətində 21 oyuna çıxan futbolçu 5 qolla yadda qalıb.







İngiltərə P.L.

"Bütün mövqelərdə problemlərimiz var"
  • İngiltərə P.L.
  • 23:30 19.04.2026
"Bütün mövqelərdə problemlərimiz var"
“Arsenal” gözləntiləri doğrultmadı"
  • İngiltərə P.L.
  • 22:27 19.04.2026
“Arsenal” gözləntiləri doğrultmadı"