8 noyabr 2026. Bazar günü

İbrahimoviç Liverpul'a ancaq əylənməyə gələ bilər - Ançelotti


İbrahimoviç Liverpul'a ancaq əylənməyə gələ bilər - Ançelotti

"Everton"un yeni baş məşqçisi Karlo Ançelotti "Los-Anceles Qalaksi"dən ayrılan Zlatan İbrahimoviçi transfer etməyəcəklərini açıqlayıb.

Corner.az xəbər verir ki, italiyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında 38 yaşlı hücumçunu heyətində görmək istəmədiyini bildirib:

"İbrahimoviç yaxşı dostlarımdan biridir. Keçmişdə futbolçum olub. Gərək, ona zəng edim. İbrahimoviç Liverpul şəhərinə əylənməyə gələ bilər, amma oynamaq üçün yox".

Qeyd edək ki, Zlatan ABŞ klubunda 58 oyuna 53 qol vurub. İsveçli futbolçunun adı sabiq klubu "Milan"la da hallanır.(qol)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”