22 iyun 2026. Bazar ertəsi

Çelsi Villianla bağlı qərarını açıqladı


Çelsi Villianla bağlı qərarını açıqladı

"Çelsi" yarımmüdafiəçisi Villianı komandada saxlamaq niyyətindədi.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, bunu "zadəganlar"ın baş məşqçisi Frenk Lempard deyib.

Gənc mütəxəssis bildirib ki, 31 yaşlı futbolçunun cari mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaq təklif olunub: "Villian dünya səviyyəli futbolçudu. Onun tərzində futbolçuya çox ehtiyacımız var. Villian kimi futbolçuya sahib olduğumuz üçün məmnunam.Bunun üçün də futbolçuya yeni müqavilə təklif etmişik".

Qeyd edək ki, Villian bu mövsüm 17 matçda iştirak edib, 4 qol, 3 ötürmı ilə yadda qalıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər