22 iyun 2026. Bazar ertəsi

Çempionluğu hiss etmirik - Klopp


Çempionluğu hiss etmirik - Klopp
“Liverpul”un baş məşqçisi Yurqen Klopp Premyer Liqanın 18-ci turunda “Lester”lə (4:0) matçdan sonra çempionluq mübarizələrindən danışıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis hələ çempionluq haqqında düşünmədiklərini deyib:

“Çox yaxşı bir komandaya qarşı oynadıq. Bu görüş həlledici deyildi. “Liverpul” azarkeşləri 30 illik həsrətin sona çatdığını düşünür. Qarşılaşmalar bitəndə dəyişən tək şey rəqəmlərdir. Əvvəl "Lester"lə 10, 11, sonra da 13 xallıq fərq oldu. Çempionluğu  düşünmürük, hiss etmirik və bu haqda danışmırıq. Bizi cəlb etmir, o əhval-ruhiyyəyə düşmürük”.

Qeyd edək ki, "Liverpul" 52 xalla turnir cədvəlinə başçılıq edir. “Mersesaydlılar”ın ən yaxşı izləyicisi “Lester”in 39 xalı var.(qol)





İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər