15 avqust 2026. Şənbə

VAR qarışıqlığa səbəb olur - Klopp və Qvardiola şikayətləndi


VAR qarışıqlığa səbəb olur - Klopp və Qvardiola şikayətləndi

"Liverpul"un baş məşqçisi Yürgen Klopp və onun "Mançester Siti"dəki həmkarı Pep Qvardiola VAR-dan (videotəkrar) şikayətlənib.

Corner.az-ın Britaniya mətbuatına istinadən xəbərinə görə, alman mütəxəssis İngiltərə Premyer Liqasının 20-ci turunda "Vulverhempton"la matçdan sonra deyib: "VAR-ı oyunçuların ayaqüstü gözləməsi və qərarını nə olacağını düşünməsi yaxşı deyil. Meydanın kənarında ekran var, amma kimsə gedib ona baxmır".

Qvardiola ilə VAR-la bağlı bildirib: "Hər həftə VAR-la bağlı qarışıqlıq var. Demək olar ki, bütün matçlarda qarışıqlığa səbəb olur. Növbəti mövsüm daha yaxşı olmasını ümid etməkdən başqa bir şey söyləyə bilmirəm".(qol)







İngiltərə P.L.