21 mart 2026. Şənbə

Transfer xatirinə futbolçu almağın mənası yoxdur


Transfer xatirinə futbolçu almağın mənası yoxdur

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer transfer planları haqda danışıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis çox futbolçu almaq istəmədiklərini deyib: "Mən həmişə nikbinəm. Oyunçularımızı formada saxlaya biləcəyimizə ümid edirəm. Əgər uyğun futbolçular olarsa, transfer edərik. Bunun üçün maddi gücümüz var. Rəhbərlik də məni dəstəkləyir. Amma bu, yalnız komandaya uyğun olan oyunçuları transfer etmək üçün keçərlidir. Sırf transfer xatirinə hansısa futbolçunu almağın mənası yoxdur. Bu, komanda daxilindəki münasibətləri poza bilər. Komandanın formasını qoruyub saxlaya bilsək, bir-iki yeni futbolçu ilə gücləndirsək, sağlam rəqabət olacaq".

Qeyd edək ki, "qırmızı şeytanlar" hazırda Premyer Liqanın turnir cədvəlində 31 xalla 5-ci yer tutur.(qol)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər